-
- 17-02-2023, 13:50
- 384
Rusiya Azərbaycanda konsulluq açmağa tələsir: NƏ BAŞ VERİR?
"Rusiyanın Azərbaycanda konsulluq açmaq istəyi diplomatik qaydalara uyğundur".
Bu fikirləri News24.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev deyib. BMTM rəhbəri Azərbaycanın Rusiyada hazırda iki konsulluğunun olduğunu da diqqətə çatdırıb:
"Hazırda Sankt-Peterburqda, Yekaterinburqda konsulluqlarımız var. Belə olan halda açığı deyim ki, biz niyə Rusiyanın burada konsulluğuna etiraz etməliyik?! Hesab edirəm ki, bu diplomatik əlaqələrin inkişafı baxımından yaxşı bir haldır. O ki qaldı bunun geosiyasi əhəmiyyətinə, deməzdim ki, bu, Ermənistana bir işarədir. Onsuz da Rusiya birbaşa Ermənistana öz narazılığını və narahatlığını bildirib. Ümumiyyətlə, Azərbaycanda konsulluğun açılmasında Rusiyanın marağı daha çoxdur. Çünki Rusiya özü dünyadan təcrid olunub və Qərblə əlaqələr kəsilib. İndi Rusiya çalışır ki, əlaqələrini yaxın olan ölkələrlə inkişaf etdirsin. Hesab edirəm ki, Azərbaycanda konsulluğun açılması müsbət bir hadisədir".
Aynurə FATEH