Aİ İsraillə həmrəy olduğunu bəyan etdi
    • 7-10-2023, 15:02
    • 346

Aİ İsraillə həmrəy olduğunu bəyan etdi

“Avropa İttifaqı (Aİ) HƏMAS-ın hərbi qanadının hücumu ilə əlaqədar İsraillə həmrəy olduğunu bəyan edir”.

News24.az  xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “X” sosial şəbəkəsində yazıb.

“İsraillə bağlı xəbərlər bizi kədərləndirib. Biz birmənalı olaraq HƏMAS-ın hücumlarını pisləyirik. Bu dəhşətli zorakılıq dərhal dayandırılmalıdır. Terror və qəddarlıq heç nəyi həll etmir. Aİ bu çətin anlarda İsraillə həmrəyliyini ifadə edir”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından radikallar İsrail ərazisinə raket zərbələri endirib. Fələstin tərəfinin kütləvi raket atəşinə cavab olaraq, İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.