İsrailin səfiri dünya dövlətlərinə çağırış etdi
    • 7-10-2023, 16:52
    • 443

İsrailin səfiri dünya dövlətlərinə çağırış etdi

“İndi mənəvi aydınlıq zamanıdır. Mən hər bir hökuməti düzgün addım atmağa - HƏMAS-ı pisləməyə və İsrailin yanında olmağa çağırıram”.

News24.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında yazıb.

“İsraillilər ailələri ilə birlikdə Sukkot bayramını qeyd edərkən HƏMAS qəsəbələrimizi zəbt, şəhərlərimizə isə raketlərlə hücum etdi. İnsanları evlərində öldürdülər, çoxlarını qaçırdılar. Hələ hücum bitməyib. İsrail müharibədədir. Əslində, HƏMAS gözlənilməz heç nə etmədi. Onlar illərdir yəhudilərə qarşı soyqırıma çağırış edirlər. Bu hətta onların nizamnaməsində də var”, - deyə səfir vurğulayıb.