Qarabağdakı sülhməramlılarla bağlı SON DƏQİQƏ məlumatı
    • 7-10-2023, 20:26
    • 1 868

Qarabağdakı sülhməramlılarla bağlı SON DƏQİQƏ məlumatı

Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 5-i və 6-sında da Rusiya MN Qarabağda-Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə postlarının bağlanması barədə məlumat yaymışdı.