Aşırı dozadan həyatını İTİRDİ
    • 17-05-2020, 13:37
    • 839

Aşırı dozadan həyatını İTİRDİ

Göygöl sakini yüksək dozada narkotikin təsirindən ölüb.

News24.az xəbər verir ki, 1976-cı il təvəllüdlü rayon sakini Abdulayev Rizvan Firuddin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, R.Abdulayev yüksək dozada narkotikin təsirindən ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.