"Ermənistanın addımını qeyri-dost hesab edirik dialoqa yer yoxdur
    • 9-10-2023, 12:38
    • 172

"Ermənistanın addımını qeyri-dost hesab edirik dialoqa yer yoxdur" - Qaluzin

“Biz müttəfiqimiz Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edirik. Mən burada dialoq üçün heç bir yer görmürəm

News24.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın Roma Statutunu ratifikasiya etməkdən çəkinəcəyini gözləyirdi.

“Beynəlxalq Cinayətlər Məhkəməsinin qaydaları Roma Statutunu imzalamayan ölkələrə onu ratifikasiya etmədən də bu məhkəmənin xidmətlərinə müraciət etmək imkan verir.BCM-in ədalətlə heç bir əlaqəsi yoxdur, bu məhkəmə Qərbin bəyənmədiyi fiqurların cinayət məsuliyyətinə cəlb edilməsi üçün göstərişləri yerinə yetirən siyasiləşmiş qərbyönlü strukturdur”.

Qaluzin qeyd edib ki, məhkəmə bir müddət əvvəl Rusiyanın yüksək rütbəli rəhbərliyinin nümayəndələrinin həbsinə order verib.

“Mötərizədə qeyd edim ki, bu qərar qanuni cəhətdən tamamilə etibarsızdır”, - Qaluzin vurğulayıb.

 Ayşən