-
- 13-09-2023, 18:59
- 286
Paşinyan: "Roma Statutu ratifikasiya olunacaq"
"Roma Statutu ratifikasiya olunacaq".
News24.az "Report"-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirib.
“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır", - Paşinyan əlavə edib.
2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.
Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya rəhbərliyinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.