-
- 3-10-2023, 11:33
- 338
17 yaşlı yeniyetmə "İnstagram"da...
Bakı Ağır Cinayətlər Məhkəməsində İnstagram-da tanıdığı şəxsi söyüş üstə bıçaqlamaqda təqsirləndirilən Murad Zərbəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror M. Zərbəlizadənin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə çıxış edən təqsirləndiriləm şəxsin müdafiəçisi onun yetkinlik yaşına çatmamadıöını nəzərə alaraq yüngül cəza verilməsini istəyib.
Daha sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M. Zərbəlizadə 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən ilin iyul ayında Bakıda "Alov"parkında baş verib. M. Zərbəlizadə "Instagram" sosial şəbəkəsində Fərhad Soltanovla tanış olub. O sosial şəbəkədə F. Soltanovla mübahisə edib. Hadisədən 2 ay sonra
M. Zərbəlizadə F. Soltanovun "Alov"parkına çağıraraq sosial şəbəkədəki mübahisəni davam etdirib. Nəticədə M. Zərbəlizadə üzərində gəzdirdiyi bıçaqla F. Soltanovu bıçaqlayıb.
2006-cı il təvəllüdlü M. Zərbəlizadə həmin vaxt orta məktəbdə oxuyurmuş.
Samir Əli