Bakıda ŞOK - Siqaretə görə tanışını döyüb kor elədi
    • 9-10-2023, 17:29
    • 474

Bakıda ŞOK - Siqaretə görə tanışını döyüb kor elədi

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərə qarşı qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişov, Niyazi Hacıxanov və Əlizamin Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsilrləndirilən şəxslərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Niyazi Hacıxanov 7 il 6 ay, Ayxan Məmişov və Əlizamin Əliyev isə hərəyə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri - İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident yaşanıb və sonradan bu davaya çevirilib.

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə axır xəsarət yetirilib və o görmə qabiliyyətini itirib.

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Samir Əli