Goranboyda dəhşət - 2 nəfər maşında yanaraq öldü
    • 22-03-2019, 10:06
    • 1 051

Goranboyda dəhşət - 2 nəfər maşında yanaraq öldü

Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub, nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.