"Deyə bilməz ki, əlaqəmiz yoxdur" - ZELENSKİ İSRAİLƏ GÖRƏ İRANI TƏNQİD ETDİ
    • 9-10-2023, 15:13
    • 182

"Deyə bilməz ki, əlaqəmiz yoxdur" - ZELENSKİ İSRAİLƏ GÖRƏ İRANI TƏNQİD ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın İsrailə hücumunu Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirib.

News24.az xəbər verir ki, o, hər iki münaqişə ilə bağlı İranı tənqid edib.

“Yeganə fərq odur ki, İsrailə hücum edən terror təşkilatı,Ukraynaya hücum edən isə terror dövlətidir. Bildirilən niyyətlər fərqlidir, amma mahiyyət eynidir.

İran deyə bilməz ki, Rusiyaya Şahidlər (dronlar) satarsa, Ukraynada baş verənlərlə heç bir əlaqəsi yoxdur. İran rəsmiləri İsraildə baş verənləri dəstəklədiyini bəyan edərsə, onun İsraildə baş verənlərlə heç bir əlaqəsi olmadığını deyə bilməz”, - o deyib.

Ayşən