Bakıda külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb
    • 9-10-2023, 19:00
    • 167

Bakıda külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.

News24.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlvəzdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.