"Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb" - LAVROV
    • 10-10-2023, 10:08
    • 221

"Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb" - LAVROV

Brüssel “geosiyasi ambisiyalarının qayğısına qalaraq, Ermənistan və Azərbaycana “vasitəçilik xidmətləri” yükləyir, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxarır”.

News4.az  “TASS” istinadla  xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“İndi Bakı və İrəvan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - deyə o, vurğulayıb.

Ayşən