Bu ölkələr İsrailə dəstək olacaqlarını bildirdilər – BƏYANAT
    • 10-10-2023, 11:19
    • 248

Bu ölkələr İsrailə dəstək olacaqlarını bildirdilər – BƏYANAT

ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, HƏMAS-ın İsrailə hücumunu pisləyib və İsrailə dəstək olduqlarını ifadə ediblər. 

News24.az bu barədə "Sondakika.com"-a istinadən xəbər verir.

“Bu gün biz İsrail dövlətinə güclü və vahid dəstəyimizi bildirir və "HƏMAS"ı, onun dəhşətli terror aktlarını birmənalı şəkildə pisləyirik” - deyə, bəyanatda qeyd olunub.

Bəyənatda bildirilib ki, HƏMAS-ın terror aktlarının heç bir əsası, legitimliyi yoxdur.

“İsrailin özünü müdafiə edə bilməsi, nəticədə sülhsevər və inteqrasiya olunmuş dünyaya nail olması üçün müttəfiqləri və ortaq dostları kimi daima dəstək olacağıq”.

Qeyd edək ki, toqquşmalarda ən azı 900 israilli ölüb, 2600-dən çoxu yaralanıb.

Ülkər ABDURAHMANLI