-
- 10-10-2023, 14:42
- 243
Misir müharibə fonunda bu addımı atmaq istəyir - Analitik
“Misir HƏMAS və İsrail arasında gərginləşən vəziyyətdən uzaqlaşmaq istəyir”.
News24.az xəbər verir ki, bunu Qətər Universitetinin Körfəz Araşdırmaları Mərkəzinin direktoru Mahcub Zuvayr “Əl-Cəzirə”-yə deyib.
“Misir son 48 saat ərzində iki əsas şeyə görə qarışdı: Misirin israilliləri nəyinsə olacağı barədə xəbərdar etdiyinə dair bir hesabat var - onlar (İsrail) bunu inkar edirlər. Həmçinin Rəfahdan (Qəzza ilə Misir arasında sərhəd keçidinin açılması) danışılır. Əminəm ki, Rəfahı açmaq asan olmayacaq. Onlar artıq Rəfah qapısının ətrafındakı bütün yerləri sökmək üçün addımlar atıblar və onun açılmasında maraqlı deyillər. Misir həm də daxili hesablamalara görə baş verənlərdən uzaqlaşmaq istəyir, çünki ölkə seçkilərə gedir. Onlar sülh yolu ilə həll yoluna sövq edir və bu işdə kömək etmək istəyirlər”, - analitik əlavə edib.
Akqabay