-
- 23-04-2023, 13:30
- 295
Sudanda Misir səfirliyinin əməkdaşı güllələnib
Misirin Sudandakı səfirliyinin əməkdaşı güllə yarası alıb.
Bu barədə Misir Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Misir səfirliyinin bir əməkdaşı güllə yarası alıb və bu, Sudandakı vətəndaşlarımızın və nümayəndəliyimizin üzvlərinin təhlükəsizliyini təmin etmək üçün maksimum diqqət göstərməyin zəruriliyini bir daha təsdiqləyir", - XİN-in bəyanatında deyilir.
Misir səfirliyinin əməkdaşının vəzifəsi və xəsarət dərəcəsi barədə məlumat verilmir.
Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə ilə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf Ramazan bayramı münasibətilə atəşkəs elan edib.
Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını bildirib. /Report/