İran televiziyasının Qəzzadakı ofisi DAĞIDILDI
    • 10-10-2023, 15:31
    • 236

İran televiziyasının Qəzzadakı ofisi DAĞIDILDI

İran Radio və Televiziya Şirkətinin ərəbdilli "Əl-Aləm" kanalının Qəzzanın Rəmal bölgəsindəki ofisi İsrail qırıcılarının hücumu nəticəsində dağıdılıb.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İran Radio və Televiziya Şirkətinin İctimaiyyətlə əlaqələr bölməsi xəbəri təsdiqləyib.

Qeyd edək ki, İranın siyasi ideoloji təbliğat vasitələrindən biri olan "Əl-Aləm" şəbəkəsinin mərkəzi ofisi Tehranda yerləşsə də, onun Bağdad, Beyrut və Dəməşqdə də ofisləri fəaliyyət göstərir.