“Toplantının qədim Şuşada təşkil edilməsi qürur mənbəyidir" - Hakan Fidan
    • 10-10-2023, 16:59
    • 160

“Toplantının qədim Şuşada təşkil edilməsi qürur mənbəyidir" - Hakan Fidan

“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır”.

News24.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

O, Şuşada olmaqdan məmnunluğunu ifadə edib: “Toplantının qədim Şuşada təşkil edilməsi xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycanlı qardaşlarımızı 30 illik işğala son verdiyi və tarixi ədalətsizliyi aradan qaldırdığı üçün alqışlayırıq”.

Nazir həmçinin Cənubi Qafqazda yeni dinamikanın formalaşmasının və Zəngəzur dəhlizinin açılmasının İƏT-in bütün üzvlərinin xeyrinə olduğunu bildirib.