Ukraynada ölən uşaqların sayı açıqlandı
    • 18-10-2022, 11:51
    • 211

Ukraynada ölən uşaqların sayı açıqlandı

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində 425 uşaq həlak olub, 815 uşaq yaralanıb.

News24.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

"2022-ci il oktyabrın 18-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1240-dan çox uşaq xəsarət alıb. 425 uşaq ölüb, 815-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.