Ərdoğan bu gün Putinlə telefon danışığı aparacaq
    • 10-10-2023, 20:26
    • 190

Ərdoğan bu gün Putinlə telefon danışığı aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə, Rəcəb Tayyib Ərdoğan Avstriyanın baş naziri Karl Nehammer ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bundan əlavə BMT-nin Baş katibi Antonio Quterreş ilə də telefonla danışacaq.

Ərdoğan Türkiyənin İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsinə dair diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.