-
- 11-10-2023, 00:48
- 312
İsrailin hava hücumundan müdafiəsi üçün 2 milyard ayırmağı TƏKLİF ETDİLƏR
Hər iki partiyadan olan bir qrup konqresmen ABŞ Nümayəndələr Palatasına İsrailin “Dəmir qübbə” hava hücumundan müdafiə sistemini gücləndirmək üçün 2 milyard dollar ayrılması barədə qanun layihəsi təqdim edib.
News24.az bu barədə TASS-a istinadən xəbər verir.
ABŞ Konqresinin aşağı palatasının üzvü Klaudiya Tenninin (Respublikaçı, Nyu-York) saytında dərc olunan sənədə əsasən, hər iki partiyanın qanunvericiləri “İsrailin “Dəmir qübbə” müdafiə sisteminə 2 milyard dollar ayırmağı” təklif edirlər.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib. HƏMAS-ın hücumu nəticəsində ölən israillilərin sayı mini keçib, ən azı 2 616 nəfər yaralanıb.