İsrail-Fələstin münaqişəsində mülki şəxslərə qarşı zorakılığı pisləyirik - AZƏRBAYCAN XİN
    • 7-10-2023, 21:53
    • 193

İsrail-Fələstin münaqişəsində mülki şəxslərə qarşı zorakılığı pisləyirik - AZƏRBAYCAN XİN

“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik”.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında bildirib.

“Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - paylaşımda deyilir.