-
- 11-10-2023, 10:21
- 456
Nikol Qazaxın 7 kəndi və Kərkidən DANIŞDI
“İndi baxın, Azərbaycan 8 kənd məsələsini qaldırır. Əvvəla, biz də deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki həmin Tavuş rayonunda Azərbaycanın nəzarətə götürdüyü ərazilərimiz var. Məsələn: Berkaber, Aygehovit, Vazaşen, Paravakar kəndləri və s.”
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziya kanalına müsahibəsində deyib.
O bildirib ki, anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır.
“29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Biz hələ 2021-ci ildə o məsələnin həllini təklif etdik və dedik ki, gəlin əsas götürək, delimitasiya xəritəsinin nədən ibarət olduğuna qərar verək və həmin xəritənin sərhəd xəttindən qoşunları çıxaraq”, - Paşinyan qeyd edib.
Akqabay