-
- 2-06-2023, 10:51
- 326
Biz bu kəndləri Azərbaycana qaytarmağa hazırıq - Paşinyan
“Biz Azərbaycana deyirik ki, kəndləri qaytarmağa hazırıq, bəs siz Ermənistanın torpaqlarını qaytarmağa hazırsınızmı? Əgər belədirsə, o zaman indi mübadilə edək”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşü zamanı deyib.
“Hər zaman bir şey vermək haqqında xəyal etdiyimiz kimi deyil. Biz verməyə və almağa hazırıq. Beləliklə, biz Ermənistanın maraqlarını aşağılamırıq. Biz sərhədin bütün uzunluğu boyunca hərbsizləşdirilmiş zona yaratmağı təklif edirik. Biz eskalasiya və aqressiv siyasət üçün bütün mümkün səbəbləri aradan qaldırmaq istəyirik”, - o qeyd edib.
Paşinyan iddia edib ki, 29.8 min kv. km-ə Berkaber (Bibiş), Parvakar (Tatlı), Ayqeovit (Uzuntala), Vazaşen (Lələkənd) kəndlərinin əraziləri daxildir: “1975-ci ilin xəritələrinə görə, 29800 kv. km-ə həmçinin Sotk-Xoznavar (Zod-Söyüdlü – Azərbvaycan ərazisidir – Red.) əraziləri də daxildir”.
O qeyd edib ki, Azərbaycan da öz növbəsində Ermənistanın nəzarətində olan əraziləri barədə məlumat verib.
Paşinyanın iddiasına görə, adını çəkdiyi 4 kənd Azərbaycanın “nəzarətindədir” və Bakının tələb etdiyi 8 kənd yalnız bu kəndlərin “qaytarıldığı” təqdirdə həllini tapa bilər. Sözügedən ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və I Qarabağ müharibəsi başlayana qədər bu ərazlərin böyük hissəsində azərbaycanlılar yaşayırdı. Azərbaycan torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil, Azərbaycan və Ermənistan ordusunun hazırda dayandığı sərhəd xəttində yerləşir.
Akqabay