Bakıda 84 yaşlı kişi yanaraq öldü
    • 23-03-2019, 10:48
    • 787

Bakıda 84 yaşlı kişi yanaraq öldü

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 107 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.