Masallıda yanğın - EV SAHİBİ ÖLDÜ
    • 8-08-2019, 19:02
    • 1 065

Masallıda yanğın - EV SAHİBİ ÖLDÜ

Masallı rayonunun Musaküçə kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1926-cı il təvəllüdlü  Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.