ABŞ Hizbullaha xəbərdarlıq etdi
    • 11-10-2023, 16:22
    • 203

ABŞ Hizbullaha xəbərdarlıq etdi

ABŞ və müttəfiqləri Hizbullaha İsraildə münaqişənin qızışdırılmasına qarşı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yaraqlılara İsraildə münaqişəni qızışdırmağa çalışmamaq tövsiyə olunub.

ABŞ rəsmiləri bildiriblər ki, onlar müharibənin potensial genişlənməsini məhdudlaşdırmaq üçün hərbi vasitələrdən istifadə edir. Yüksək səviyyəli administrasiya rəsmiləri hazırda Hizbullahın HƏMAS-ın İsrailə qarşı müharibəsinə qoşulacağına inanmır. Rəsmilər sərhəddə müəyyən gərginliyin olmasına baxmayaraq, xəbərdarlıqların öz təsirini göstərdiyinə inandıqlarını bildiriblər.

ABŞ Livan hökuməti və Livan parlamentinin spikeri Nəbih Berri də daxil olmaqla ölkənin yüksək səviyyəli rəsmilərinin köməyi ilə bu mesajı Hizbullaha çatdırıb.

Qeyd edək ki, oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib. Buna cavab olaraq Təl-Əviv də “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını bildirib.

Aynurə