-
- 10-10-2023, 12:19
- 307
"HƏMAS"ın İsrailə hücumunun arxasında kim dayanır? - ŞOK AÇIQLAMA
HƏMAS-ın İsrailə qarşı "Əl-Əqsa" əməliyyatında İranın əli olduğuna dair iddialar davam edir.
News24.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində ətraflı təhlillər yazılıb.
Məlumatda qeyd olunub ki, İran təhlükəsizlik qüvvələri HƏMAS-a əməliyyatı planlaşdırmağa kömək edib. Qərarın isə İslam İnqilabı Keşikçiləri Korpusu zabitlərinin 4 İran nümayəndəsi ilə görüşdüyü toplantıda qəbul edildiyi iddia olunur. Həmçinin, İnqilab Keşikçilərinin də bu əməliyyatın keçirilməsində mühüm rol oynadığı qeyd edilib.
HƏMAS sözçüsü Qazi Həməd də Britaniya televiziyasına açıqlamasında bildirib ki, HƏMAS əməliyyat üçün İrandan birbaşa dəstək alıb.
Sözçü digər ölkələrin də onlara yardım etdiyini diqqətə çatdırıb.
Bu iddiaya cavab olaraq, ABŞ dövlət katibi Antoni Blinken bazar günü verdiyi açıqlamada Tehranın hücumu yönləndirdiyini söyləyib.
Ülkər ABDURAHMANLI