-
- 11-10-2023, 17:31
- 238
ABŞ-a şok hədə: "Müdaxilə etsəniz, zərbə endirərik..."
İraqda İranın dəstəklədiyi milis qrupunun lideri ABŞı Qəzzada HƏMAS və İsrail arasında müharibəyə müdaxilə edərsə, cavab olaraq Amerika bazalarına hücum edəcəyi ilə hədələyib.
News24.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Raketlərimiz, pilotsuz təyyarələrimiz və xüsusi təyinatlılarımız Amerika bazalarına güclü zərbələr endirməyə və bu döyüşə müdaxilə edəcəyi təqdirdə onun maraqlarını pozmağa hazırdır”, - “Kətaib Hizbullah” milislərinin rəhbəri Əhməd “Əbu Hüseyn” əl-Həmidavi deyib.
O, həmçinin İsrail hədəflərinə raketlər atacağı ilə hədələyib.
Əl-Həmidavi iraqlıları HƏMAS hərbi kampaniyasına dəstək nümayiş etdirməyə və ianə toplamağa çağırıb.
Akqabay