Sabirabadda avtomobil qəza törədib- YARALANAN VAR
    • 11-10-2023, 20:56
    • 269

Sabirabadda avtomobil qəza törədib- YARALANAN VAR

Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markaı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Xəlifəli kənd sakini, 2005-ci il təvəllüdlü Nurullazadə Şıxəli Tapdıq oğlu ağır və daha bir nəfər isə yüngül xəsarət alıb.

Ş.Nurullazadəyə əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, sonra o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.