Putinin HƏMAS planı:
    • 12-10-2023, 10:27
    • 255

Putinin HƏMAS planı: "Diqqəti Ukraynadan yayındırıb..."

"Kreml hesab edir ki, ABŞ-ın İsraildəki münaqişəyə diqqəti Kiyevə silah tədarükünü ləngitsə, Rusiya lideri Vladimir Putin məqsədlərinə daha tez nail olacaq. NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin oktyabrın 11-12-də Brüsseldə keçiriləcək toplantısında İsraildəki durumun müzakirə ediləcəyi gözlənilir. ABŞ Ukraynaya tədarükünü dayandırmasa belə, İsrail-HƏMAS qarşıdurması bunu ləngidə bilər".

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiya İsrail və HƏMAS arasındakı toqquşmadan faydalanacağına əmindir. Çünki İsrailin ABŞ-ın hərbi yardım tələbləri diqqəti Ukraynadan yayındıra bilər, neftin qiymətlərinin artması isə Rusiya iqtisadiyyatını dəstəkləyir.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Vaşinqton Ukraynaya dəstək verməyə davam edəcək, eyni zamanda, o, digər böhranlara da cavab vermək imkanlarına malik olduqlarına əmindir.

 Ayşən