"Fələstin türklərə xəyanətinin bədəlini ödəyir" - İsrail-HƏMAS müharibəsi
    • 12-10-2023, 14:16
    • 1 545

"Fələstin türklərə xəyanətinin bədəlini ödəyir" - İsrail-HƏMAS müharibəsi

Oktyabrın 7-də HƏMAS-ın qəfil hücumundan sonra Qəzza və İsrail rəsmilərinin bu günə olan məlumatına görə, hər iki tərəfdən, ümumilikdə 2500-ə yaxın insan həlak olub, minlərlə yaralı var.

HƏMAS-ın hücumunun ilk günündə Qəzza yaxınlığındakı ərazidə keçirilən festivalda iştirak edənlər arasında öldürülənlər və ya girov götürülənlər olub. Rəsmilər bildirib ki,  İsrailin Qəzzaya yaxın yaşayış məntəqələrində də qətliam baş verib.

HƏMAS nədir?

HƏMAS sünni-islam fundamentalist və millətçi təşkilatdır. Onlar hazırda Fələstin Milli Administrasiyasının parlamentində çoxluğa malikdir

Avropa İttifaqı, İsrail, Kanada, Yaponiya, Avstraliya, Böyük Britaniya və ABŞ HƏMAS-ı terror təşkilatı kimi tanıyıb. Yeni Zelandiya və Paraqvay yalnız HƏMAS-ın hərbi qanadını terror təşkilatı kimi tanıyıb. HƏMAS Braziliya, Çin, Misir, İran, Norveç, Qətər, Rusiya, Suriya və Türkiyə tərəfindən terror təşkilatı olaraq qəbul edilmir. 2018-ci ilin dekabrında HƏMAS-ı terror təşkilatı kimi qınayan qətnamə BMT Baş Assambleyasından keçə bilmədi. 

Məlum olduğu kimi, oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumu ilə alovlanan İsrail-HƏMAS arasında hərbi qarşıdurma davam edir.

Dünya ölkələri gündəmi zəbt edən İsrail-HƏMAS savaşı barədə münasibət bildirirlər. 

İslam dünyasının mühafizəkarı olan Türkiyədə isə ölkənin dörd bir bölgəsində: Ankara, İzmir,Konya, Kocaeli, Adana və s.kimi şəhərlərdə Fələstinə dəstək aksiyaları keçirilir, insanlar küçələrə axınışır və fələstinlilər üçün dualar edirlər. Amma burda bir paradoks var.

Türkiyə- Fələstin münasibətləri 

1975-ci ildən Fələstin Azadlıq Təşkilatı (FAT) ilə rəsmi əlaqələri davam etdirən Türkiyə, 1988-ci il noyabrın 15-də sürgündə elan edilən Fələstin Dövlətini ilk gün tanıyan ölkələr arasında olub. 

Amma Türkiyədə küçəyə çıxanların unutduğu birşey var ki, Fələstin Türkiyənin idarəçiliyindən ayrılmaq üçün ingilis və fransızların əli ilə minlərlə türk əsgərinin həyatına son qoyub.

Osmanlı arxivinin araşdırmalarına görə, Suriya, Hicaz, Yəmən və Fələstində 400.000 türk əsgəri həyatını itirib.

Məşhur türkiyəli professor İlbər Ortaylı da bu reallıqla bağlı verdiyi bir açıqlamada: “O zamanlar Osmanlı İmperatorluğuna üsyan və xəyanət edən Fələstin indi bu xəyanətinin əvəzini canı və malı ilə ödəyir”, - deyə bildirdi.

“Anadolu Agentliyi”ndə yayımlanan bir xəbərdə də buna bənzər maraqlı bir detal diqqət çəkir.

“Fələstin lideri Yasir Ərəfat Türkiyədən Məscidül-Əqsanı qorumağı istədi, Fələstin naziri Səlim Tamari isə cavab olaraq dedi ki, biz Osmanlı türklərinin qədrini bilmədik. Xəyanətin əvəzini ödəməyə davam edirik”

Tarixçi alim, dosent Zaur Əliyev HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə haqda olan məqaləsində belə yazır: “Səlahəddin Əyyubidən sonra, Sultan Səlim zamanında 1571-ci ildə Qüds və Fələstin torpaqları Osmanlının ərazisinə daxil oldu. Osmanlının bölgədəki varlığı sülh və sabitliyin qaynağı oldu. 1915-1918-ci illərdə Türk əsgərləri bölgədə olan müharibələr və xəyanətlər üzündən bölgəni tərk etməyə məcbur oldular. Birinci dünya müharibəsi zamanı Osmanlı ordusu Yəməndə, Hicazda, Fələstində, Suriyada xəyanət nəticəsində arxadan ağır zərbələr alaraq məğlub oldular. Hətta Fələstin üçün bayraq da hazırladılar. Müəllifi ingilis və fransız diplomatlarıdır. O zaman Yaxın Şərqin bölünməsi üzrə görəvləndirilən Fransız generalı Jorj Picot və ingilis diplomatı Mark Sykes “Sykes-Picot Anlaşması” əsasında Fələstin bayrağı yaradıb və ərəbləri türklərə qarşı qoymağın təməlini qurublar. Bu bayrağın pan-ərəbizm işarəsi olduğunu anlayırlar lakin əslində bu bayraq birbaşa türklərə qarşı hazırlanmışdır”.

Tarixçi bildirib ki, 1916-1922-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Devid Lloyd Corc ilə Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər paşa arasında gizli bir müqavilə olub. 

“Həmin müqavilə hazırda Londonda (“Lordlar Evi Sənəd Bürosu - Beaverbrook Kolleksiyası - Lloyd George Araşdırmaları F-6-1- Sənədləri I-16 (b)”) saxlanılır və orda yazılır:“Müqaviləyə görə, Ərəbistan müstəqil olacaq. Ermənistan və Suriya Osmanlı İmperiyası daxilində muxtar bir status qazanacaq: Mesopotamiya və Fələstin Misir kimi müharibədən əvvəl Osmanlı hakimiyyəti altına girəcək, ancaq ingilislərin himayəsində olacaq: Çanaqqaladan keçmək azadlığı təmin ediləcək”.Lakin fələstinli ərəblər buna razı olmurdular. Osmanlı muxtar status ilkin elan edib zamanla Fələstini müstəqil dövlət, Qüdsi isə onun paytaxtı elan edəcəkdi. Bu isə regionda birdəfəlik ərəb-yəhudi savaşına son qoyacaqdı. Lakin Türklərin deyil, ingilis-fransızların himayəsinə sığınan fələstinlilər o gündən bu günə qədər də nələr yaşayıblar öz günahlarıdır. 

Osmanlı dövlətinin Fələstində 1917-1918-ci illərdə İngilislər qarşısında ağır məğlubiyyətə uğramasının əsas səbəbkarlarından biri Şərif Hüseynin üsyançı ərəb tayfa silahlılarıdır. Şərif Hüseynin kim olduğunu yəqin düşünəcəksiniz. Şərif Hüseyin minlərcə türk əsgərinin döyüş zamanı arxadan vurulmasında cavabdeh olan insandır. Özünü Məhəmməd Peyğəmbər (s.ə.s)-ın nəslindən olduğunu bildirən biri idi. Buna sübut olaraq həmin döyüşlərdə şəhid olan 50 mindən çox türk əsgərinin Qüdsdə ,Qəzzada və digər yerlərdə toplu məzarlığını göstərmək olar. Özü də Amerikadan gəlmiş yüzlərlə erməni muzdlu Fələstinin Osmanlıdan ayrılması üçün döyüşürdülər”.

Fələstində başlanan üsyan Qafqazda erməni dövlətinin yaranmasına  səbəb oldu. 

Onlar üsyan qaldırıb müstəqil olmasını istəyən zaman ermənilər də özlərinə dövlət istəməyə başladı. Nəticədə 9 min kvadrat kilometrdə yaranan bir kiçik federativ erməni dövləti Azərbaycanın böyük ərazilərini işğal etdi. 

“Hətta 2021-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu, Birinci Dünya Müharibəsi zamanı Fələstin torpaqlarının Osmanlı hakimiyyətindən çıxdığını qeyd edərək deyib: "Bu ərəbələr, xüsusilə Fələstinlilər indi Türkiyədən kömək istəyirlər. Hansı ki, onları bu günə gətirən İngiltərədən, Fransadan, İsrailin özündən deyil məhz Türkiyədən". 

Fələstinlilər indi öz əlləri ilə verdikləri torpaqları geri almaq üçün qovduqları, öldürdükləri Türkiyədən kömək istəyirlər. Hansı üzlə? Osmalı-Türk hakimiyyəti dövründə Fələstin, Qüds necə gözəl inkişaf edirdi və təhlükəsizlik necə təmin edilirdi. İndi isə xəyanət etdikləri dövlətdən, Türk millətindən kömək istəyən fələstinlər sabah yenə xəyanət etməyəcək sualına kim cavab verə bilər?”, - deyə Z.Əliyev yazısında qeyd edib.

15.000 min Osmanlı əsgərinin Fələstinlilər tərəfindən kor edilib öldürülməsi

İddiaya görə 15.000 Osmanlı əsgəri Fələstinlilər tərəfindən kor edilib və öldürülüb.

Bu iddianın mənşəyi 1918-ci ildə Fələstin cəbhəsində əsir düşən 16-cı diviziyanın 48-ci alayının əsgərlərinin Seydibeşir düşərgəsindəki kimyəvi tərkibli su qazanlarına atılaraq ingilislər tərəfindən kor edilməsinə dair xəbərə əsaslanır.

1918-ci il mayın 2-də 15 min Osmanlı əsgəri Fələstin xalqı tərəfindən əsir götürülüb, kor edilib və öldürülüb.
 Sağ qalan əsgərlərdən biri İstanbula qayıdanda  gileylənərək yazıb:

Gazze’nin meğer kumundan çokmuş kalleşi
 Nasıl sırtından vurur insanı din kardeşi!
 
Filistin, Trablusgarp, Yemen illeri.
 Hangisini kanım ile sulamadım..?
 Gezdim cephe cephe bütün çölleri,
 Türk’e, Türk’ten başka dost bulamadım!
”.

Ayşən