İsrail generalı: “Biz səhv etdik”
    • 12-10-2023, 13:15
    • 450

İsrail generalı: “Biz səhv etdik”

İsrail Daxili Cəbhə Xidmətinin komandiri, general-mayor Rafael Milo Livandan İsrailə hava hücumu ilə bağlı xəbərlərə münasibət bildirib. 

News24.az xəbər verir ki, onun bəyanatını İsrailin “Details” nəşri yayıb.

“Biz havadan sızmanı müəyyən etdik və yarım saatdan sonra bunun səhv olduğunu anladıq. Mən Şimal Dairəsinin komandanlığına bildirdim ki, vətəndaşlara mühafizə olunan əraziləri tərk etməyə icazə verilib, amma mənim adamlarım elə bilib ki, mən onlara sığınacaq tapmağı əmr etdim və bütün ölkəni qorunan ərazilərə göndərdim. Bu, insan səhvidir, kiberhücum deyil”.

Komandir əlavə edib ki, Daxili İşlər Nazirliyi vətəndaşlara 72 saat ərzində su və ərzaq ehtiyatı saxlamağı əmr etməklə növbəti səhvə yol verib. 

“Biz elanı dərc etdik və sonra onun yaratdığı çaxnaşmanı anladıq. Mən ictimaiyyətin inamına təsirini başa düşürəm, amma başqa səhvlər də olacaq”.

Milo həmçinin bildirib ki, HƏMAS-ın ən azı bir ay davam edəcək uzun bir müharibəyə hazırlaşıb.

Aynurə