Fransanın qarnına sancı dolub - Fəzail İbrahimli
    • 12-10-2023, 13:42
    • 145

Fransanın qarnına sancı dolub - Fəzail İbrahimli

Bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq.

News24.az xəbər verir ki, bunu  Milli Məclisin bu gün keçirilən xüsusi iclasında vitse-spiker Fəzail İbrahimli çıxışı zamanı deyib.

Deputat bildirib ki, xalqı dünyada tanıtdıran əsas məsələ ölkənin siyasətə təsir etmək imkanı olan fenomen tarixi şəxsiyyətlərə malik olmasıdır: 

«Heydər Əliyev dövlətin gələcəyinin etibarlı əllərdə olmasını düşünərək İlham Əliyevi yetişdirdi. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror əməliyyatı oldu. Biz dünya erməniçiliyinə qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim yaşadığımız acıları övladlarımıza ötürmədi. Prezidentin bütün çıxışlarının sonunda dediyi “Qarabağ Azərbaycandır!” ifadəsinin arxasında əslində ciddi mesaj dayanır – “Alın ha, yana-yana qalın ha, bu Azərbaycandır, mən də onun Prezidenti»

Qumral