İsraildə həlak olan azərbaycanlıların sayı AÇIQLANDI
    • 12-10-2023, 15:15
    • 262

İsraildə həlak olan azərbaycanlıların sayı AÇIQLANDI

"HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanəsilli İsrail vətəndaşlarının sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7-dir.

Həlak olan 7 nəfərin siyahısını təqdim edirik:

Şamil Abbasov (İsrail vətəndaşı)

Emin Axundov (İsrail vətəndaşı)

İlkin Nəzərov (Azərbaycan vətəndaşı)

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)

Roman Gandel (İsrail vətəndaşı)

Eden Abdullayev (İsrail vətəndaşı)

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).