"Yaxın zamanda öləcəm, onu tabutuma yaxın qoymayın" Tanınmış şairdən ağır etiraf
    • 24-03-2019, 12:35
    • 992

"Yaxın zamanda öləcəm, onu tabutuma yaxın qoymayın" Tanınmış şairdən ağır etiraf

Tanınmış şair Qəşəm Nəcəfzadə öz Facebook səhifəsində ağır etirafda bulunub. O, oğlu, yazıçı Kəramətə ünvanlanan belə bir status paylaşıb.

“Əlacsızam deyə yazıram. Son 9 gündə təzyiqim 250 -dən düşmür. Hərdən 170- ə qalxır. Üstəlik ürək əməliyyatın qalan problem, şəkər... Ovuc- ovuc dərman yeyirəm, Analizlər, MRT-lər, Kompyüter tomoqrafiya və sair. Əhəmiyyətsiz bir şey... Aprelin 1-i ad günüm. 60 yaşım. Yəqin ki, tezliklə öləcəyəm. Demişəm Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm... Məni o alçaq öldürdü. Ona nifrət edirəm.”
Xatırladaq ki, ata və oğul arasında zaman-zaman ziddiyyətli münasibətlər olub.