TƏCİLİ: İsrail Dəməşq və Hələb hava limanlarına ZƏRBƏLƏR ENDİRİR - VİDEO
    • 12-10-2023, 15:50
    • 266

TƏCİLİ: İsrail Dəməşq və Hələb hava limanlarına ZƏRBƏLƏR ENDİRİR - VİDEO

İsrail ordusu Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbələr endirməyə başlayıb.

News24.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Telekanal İsrailin Hələb və Dəməşq hava limanlarını hədəf aldığını bildirib. 

“İsrail ordusu paytaxt Dəməşq və Hələb şəhərinin şimalındakı əsas hava limanlarının uçuş-enmə zolaqlarına zərbələr endirməyə başlayıb”, - məlumatda bildirilir.

Yerli media kanalı “Sham FM” hücuma cavab olaraq Suriyanın hava hücumundan müdafiə vasitələrinin işə salındığını bildirib.

Akqabay