-
- 24-03-2019, 17:45
- 6 195
O gün Xırdalan küçələrində adam tapmaq mümkün deyildi: Aydın bilirdi ki, öləcək" - Səbuhi Sədəf yazır - FOTO
“2 ay əvvəl görüşmüşdük. Yaxşı deyildi. Mənimlə 5 dəqiqə danışdı, amma hiss edirdim ki, özündə deyil adam, nə danışığı aydın idi, nə özü Aydın. Qarışdırırdı hər şeyi. Amma yaddaşı qalmışdı. Tələbəlik illərində yaşadıqlarımız hamısı yaddaşına həkk olunmuşdu. Səhhəti barədə sual verəndə “Hər şey yaxşı olacaq, az qalıb” dedi. Sən demə, bu günü deyirmiş...” Bunu tələbə yoldaşı Samir Güləliyev deyir. Hə, o az vaxt dünən bitdi. Azərbaycan meyxana sənətinin ən tanınmış simalarından olan Aydın Xırdalanlı özünü xırdalayıb bitirdi.
42 yaşı vardı Aydının. 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-ci ildən meyxana deməyə başlayıb. 24 yaşında ANS telekanalının təşkil etdiyi “De, gəlsin” yarışmasının qalibi olub. Və bununla da bütün Azərbaycanda məhşurlaşıb. Aydınla Xırdalan şəhər 1 saylı məktəbdə oxumuş Elnur Məmmədli çox maraqlı bir misal çəkdi. Deyir, İspaniyanın “Sevilya” klubu Avroliqada oynadığı gün Sevilyada küçələrdə adam tapmaq mümkün deyil. Hamı yığışır evlərə, barlara, televizor qarşısına. “Yadıma gəlir ki, “De gəlsin” efirə gedən günü həmin saatda Xırdalanda küçədə adam tapmaq mümkün deyildi. Hamı Aydına baxmaq üçün evə tələsirdi”.
Elə bu gün də hamı Aydına sonuncu dəfə baxmaq üçün Xırdalan kəndinə yığışmışdı. Və yüzlərlə adamın çiyinləri üstündə son mənzilinə yola salınırdı. Hamı onun axırına narkotikin çıxdığını deyir. Heç Aydın özü də bunu gizlətmirdi. Müsahiblərinin birində açıq şəkildə deyirdi:
“1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim. Söz yox ki, yenə də həmin sadə oğlanam. Amma başladım pis vərdişlərə qurşanmağa. Bu meyxana sənəti elədir ki, 95 faiz ağırlıq beyinin üzərinə düşür. Meyxana deyəndə beyin hüceyrələri oyanır, yorulursan. Toya gedirsən, beyin yorğun olur. Bir-iki nəfərin acı sözü, bir yandan da toydakı insanların mənfi aurası adamı halsız edir. Gecə yarısı saat 3-də evə gəlirsən, gözünə yuxu getmir. Səhər saat 9 olur və sən hələ də yatmamısan. Məcbur olub, pivədən-araqdan vurursan. Səhhətim də əl vermir. Ürəyim ağrıyır, narahatlıqlarım çoxdur. Bu vərdişləri tərgidə bilmirəm. Əslində istəmirəm də tərgidim, çünki bacarmıram. Sərxoş olanda, bir-iki qafiyə deyib ayılıram. Narkotikdən istifadə edirəm də, bunu niyə gizlətməliyəm ki? Onsuz da məni tanıyan tanıyır”.
Elnur deyir ki, Xırdalan 1 nömrəli orta məktəbin idman zalının, bufetin, akt zalının qarşısındakı boş dəhliz vardı:
“Bəstəboy, arıq bir uşaq idi. Biz yenə də dərsə ona görə girməmisik. Azərlə bir yerdə meyxana deyirlər. Əl-qol hərəkətləri, jestləri, boğuq səsi, ən əsası da dünya görüşü... 29-cu otaqda bizim dərslərimiz olardı, 30-da - Fizika kabinetində onların. Tənəffüsdə yenə o şirin avaz, o
meyxana səsi bizim otağa gələrdi. Universitetə girdi, “De gəlsin”in qalibi oldu, Xırdalan məscidində azan verdi ...axırı da narkotik... Aydın artıq həyatda yoxdur, gözlənilməzdi? Yox, bilinirdi, belə olacaq. Hər şey buna doğru gedirdi. Amma bir dəfə də demişdim bunu - Aydın Xırdalanı Nəbi Xəzridən çox tanıtdı”...
Xırdalan kənd məscidinin yanında yaşayırdılar. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına aparıldı. Hə, bu o məsciddir ki, Aydın burda vaxtıyla azan veribmiş. Məscidin axundu da elə bayaq yuxarıda adını çəkdiymiz Azərdir. Vaxtıyla onunla bir yerdə oturub-durmuş Azər. Yəqin heç ağlına da gəlməzmiş ki, 42 yaşlı uşaqlıq dostunu son mənzilə özü yola salacaq. Mərhum meyxanaçının ailə üzvləri Aydının evində çəkiliş aparılmasına icazə vermədilər. Amma bu heç nəyi dəyişmədi. Aydını sevən dostları, onun sənətinin vurğunları və neçə-neçə jurnalist məhz Aydın üçün o evə gəlmişdilər...
Elə dəcəl uşaq olmayıb. Dostları deyir ki, 8-ci sinifdən meyxana deyməyə başlayıb. Hələ uşaq vaxtından Fizulini, Seyid Əzimi mütaliə edirmiş. Hər şeylə maraqlanarmış. Hətta futbol bilgiləri belə zənginmiş. Yeniyetmə vaxtlarından isə Quranı oxumağa, İslamı öyrənməyə başlayıb. O qədər mükəmməl öyrənib ki, hətta Xırdalan Cümə məscidində ona azan verməyə belə icazə verirmişlər. Aydın tarixi çox sevərmiş. Kitabxanasında xeyli tarixi kitabı varmış. Qardaşının dediyinə görə, dünən ona deyib ki, Şah İsmayılla bağlı sənədli film var, disk də filan yerdədi. Diski tapıb gətiriblər. Elə o filmə baxa-baxa canını tapşırıb. Dostları deyir ki, son zamanlar səhhəti pis olsa da, mütailəsindən qalmırmış. Özünə qapılıb bütün günü kitab oxuyurmuş.
Tələbə yoldaşı, onunla birgə İncəsənət Univerisitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyan Samir Güləliyev deyir ki, qrup rəhbərləri Amaliya Pənahova olub:
“Universitet illərimiz bir keçib. Həddindən çox sadə və ürəyi açıq insan idi. Və hazırcavab, zarafatçıl birisi. Tələbəlik illərində namaz qılırdı. Sadə ailədən çıxmışdı. Yəni çox imkanı yox idi. 2001-ci ildə bizim təkidimizlə "De gəlsin" meyxana müsabiaqəsinə qatıldı. Əvvəl istəmirdi ki səs göndərən olmayacaq, imkanlı tanışları yoxdu. Amma biz ona dəstək verdik. Çəkilişlərə bir getdik. Fərəhləndi, nəticədə də müsabiqənin qalibi oldu. Müsabiqənin "Qızıl nida" kubokunu qazandı. Ondan sonra başladı tanınmağa. Universiteti bitirəndən sonra bir neçə il görüşmədik. Hardasa 2006-cı ilə qədər. 2006-da toyda görüşdük və ondan sonra mütəmadi əlaqə saxladıq. 2010-cu ildən sonra az-az görüşürdük. Keçən il Narkoloji Mərkəzdə yanğın olanda şaiyə yayıldı ki Aydın da orda olub. Zəng vurdum danışdım, dedi yox, orda olmayıb. Dediyinə görə dostunun yanına gedibmiş hadisədən 1 gün qabaq. Axır vaxtları çox pis idi. Hamıdan qaçırdı. Dostlarla, tələbə yoldaşlarımızla, 4 ay əvvəl zəngləşdik ki görüşək, əvvəl hə, dedi sonra gəlmədi. Bəhanə ilə yayındı görüşdən. Bilirdim narkotik aludəçisi olduğunu. Amma gec idi qaytarmaq.
2 ay əvvəl Xırdalanda qəfil rastlaşdıq, görüşdük, təklif elədim ki kafedə oturaq, etiraz elədi. Dedi, heç yerə çıxmır utanır. Toylara da getmirdi. Elə maşında 5-10 dəqiqə söhbət etdik Doluxsundu, ağlamaq istədi. Dedi, məni bədbəxt elədilər. Özüm də bilmədən. Təsəlli verdim ki, düzələcəksən, amma ümidini itirmişdi həyatdan. Çox güclü yaddaşı var idi Aydının. 22 il əvvəl olan hadisələri dəqiqə-dəqiqə danışdı. Amma hərəkətlərindən hiss olunurdu ki özünü idarə edə bilmir. Danışdı, ağladı və məni də kövrəltdi. Gedəndə hər şey yaxşı olacaq deyib sağollaşdı”…
Onu Xırdalanda tanımayan adam yox imiş. Hara getsə, hörmətlə qarşılanırmış. Populyarlaşandan sonra kim harada meyxana deyirmişsə, mən Aydının tələbəsiyəm deyə, özünü təqdim edirmiş. Hətta toylara belə Aydının tələbəsi adıyla neçə-neçə adamlar gedib meyxana deməyə.
Bir vaxtlar Maştağa meyxana məktəbi deyilən bir mif vardı. Meyxana deyənllər Maştağadan, ətraf kəndlərdən çıxır deyə, bu mifi Aydın məhv etdi. Aydından sonra hamı Aydın kimi meyxana deməyə başladı. Artıq Maştağa məktəbi fikri də arxa plana keçdi, unudulub getdi. Bir dəfə Maştağa meyxana sənətinin zirvələrindən biri Ağasəlim Çıldağın bacısı oğlu meyxanaçı Ağamirzə özü etiraf edibmiş ki, Aydın bizi 100 kilometr vurub keçdi.
Cəlal Fərzəliyev deyir ki, çox gözütox adam idi:
“4 il əvvəl Qubada bir toy məclisində idik. Toy yiyəsi meyxanaçıların pulunu bölüşdürəndə Aydın öz payına düşən 400 manatı geri qaytarmışdı. Bunu gözlərimlə görmüşdüm. Dedi ay kişi 3 ağız söz dedik, yedik, içdik. Mənim payıma düşən qalsın. Toya yazdır. Aydın narkotik alüdəçisi idi, düzdü. Amma vicdanlı adam idi. Aydın bir dəfə demişdi ki, meyxana ağır sənətdi. Kaprizləri çoxdu. Ardınca da onu demişdi ki, 2001-ci ildə “De gəlsin”də qalib olandan sonra hər şeyi unutdum. Məsciddən getdim, həyatımı meyxanaya həsr etdim".
Hə, meyxana ona şöhrət gətirdi. Amma onun axırına da meyxana çıxdı. Daha doğrusu mey. Həm də onu toza bulaşdıranlar. Sözün hər iki mənasında. Rahat yat, ustad. Səni unutmayacaqlar. Lənət olsun o toza...
Səbuhi SƏDƏF