-
- 12-10-2023, 19:14
- 587
100-ə yaxın dövlət əmlakı.....
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gələn ay keçirəcəyi hərraclara 98 dövlət əmlakı çıxarılacaq.
News24.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, noyabrın 7-də keçiriləcək hərracda investorlara 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil, noyabrın 14-də keçiriləcək hərracda 16 nəqliyyat vasitəsi (istehsal tarixlərii 1984-2008-ci illər arasında dəyişir), noyabrın 17-də keçiriləcək hərracda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi, noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq.
Nəqliyyat vasitələrinin start qiyməti 375 -16 200 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar