Natiq Qasımova bu halda Milli Qəhrəman adı verilə bilər – AÇIQLAMA
    • 12-10-2023, 21:03
    • 845

Natiq Qasımova bu halda Milli Qəhrəman adı verilə bilər – AÇIQLAMA

Birinci Qarabağ müharibəsinin iştirakçısı Natiq Qasımovun anası oğluna ad verilməsini, xatirəsinin əbədiləşdirilməsini istəyib. Bundan başqa bir çox hərbçilər, keçmiş döyüşçülər və ictimaiyyətdən də belə təkliflər irəli sürülür, ona Milli Qəhrəman adının verilməsi haqda fikirlər səsləndirilir.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, fəxri adların və təltiflərin verilməsi Azərbaycanın mövcud qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilir:

“Bu prosesdə ilk növbədə müraciət Natiq Qasımovun valideyni və ya yaxınları tərəfindən deyil, məhz şəhidin komandirləri tərəfindən irəli sürülməli idi. Bu isə zamanında baş verməyib. Yəni onun komandirləri heç bir müraciətlə Azərbaycan Müdafiə Nazirliyi qarşısında Natiqin təltif olunması barədə vəsatət qaldırmayıblar”.

Ə.Verdiyev deyib ki, Müdafiə Nazirliyi bu məsələni öz səlahiyyətləri çərçivəsində həll edə bilər:

“Bunun üçün Müdafiə Nazirliyi araşdırmalar apardıqdan sonra Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatət qaldıra bilər. Lakin heç bir halda bu, valideyn və ya şəhidin yaxınları tərəfindən verilən təkliflər əsasında həyata keçirilmir. Prosedur qaydalarına görə, hərbi hissə yuxarı komandanlıq, yuxarı komandanlıq Müdafiə Nazirliyi, Müdafiə Nazirliyi isə ölkə rəhbərliyi qarşısında vəsatət qaldırmalıdır. Bu halda Natiq Qasımovun adla təltif edilə bilər”.