-
- 13-10-2023, 12:19
- 211
TƏCİLİ: İsrailin bu ölkədəki diplomatına hücum edildi
İsrailin Pekindəki səfirliyinin əməkdaşı diplomatik korpusa yaxın olmayan ərazidə hücuma məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsrail diplomatı ehtimal edilən terror aktında bıçaqlanıb.
“İsrailin Pekindəki səfirliyində bir israilli əməkdaş bu gün hücuma məruz qalıb (səfirliyin binası ərazisində deyil)”, - İsrail XİN bildirib.
Diplomatın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir.
İnsident araşdırılır.
Akqabay