Xaçmaz-Niyazoba avtomobil yolunda AĞIR QƏZA
    • 13-10-2023, 13:32
    • 186

Xaçmaz-Niyazoba avtomobil yolunda AĞIR QƏZA

Xaçmaz-Niyazoba avtomobil yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

News24.az xəbər verir ki, Bakı şəhər sakini, 2002-ci il təvəlludlü Balamirzəyev Ramil Həsən oğlu Xaçmaz rayonu ərazisində oğurladığı "VAZ-21014" markalı minik avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanan "Mercedes" markalı nəqliyyat vastəsinə çırpılıb.

Qəza nəticəsində R.Balamirzəyev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.