-
- 14-10-2023, 12:59
- 230
“Ermənistanın revanşist cəhdləri heç bir şəkildə dəstəklənməməlidir” - Nazir
“İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.
News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyət kəsb edir: “Ermənistanın revanşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi, bu bölgənin rifahı və sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”.