"Qarabağımızın çiçəklənməsi ən böyük hədəflərimizdəndir” - Nazir
    • 14-10-2023, 13:11
    • 267

"Qarabağımızın çiçəklənməsi ən böyük hədəflərimizdəndir” - Nazir

“Torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi”.

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib: “Prezident İlham Əliyev Vətən Müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi böyük zəfərə aparan yolun başlanğıcı idi”.

“Prezident İlham Əliyevin apardığı xarici siyasət hər zaman özündə ədalət prinsipini ehtiva edir”, - XİN başçısı vurğulayıb.

Nazir bildirib ki, Vətən müharibəsində əldə edilən böyük qələbə, antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası bölgədə yeni reallıqlar yaradıb: “Prezident və Birinci vitse-prezidentin səyləri nəticəsində Qarabağımızın çiçəklənməsi ən böyük hədəflərimizdəndir”.