İran xəbərdarlıq etdi - SONRA GEC OLACAQ
    • 14-10-2023, 23:56
    • 709

İran xəbərdarlıq etdi - SONRA GEC OLACAQ

İran İsrailə xəbərdarlıq etdi.

News24.az xəbər verir ki, İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib. O bildirib ki, müharibə Qəzza zolağından başqa Yaxın Şərqin digər bölgələrinə də yayıla bilər.

“Mən müharibə cinayətkarlarına və onların bölgədəki tərəfdarlarına xəbərdarlıq edirəm ki, çox gec olmadan İsrailin mülki şəxslərə qarşı cinayətlərini dayandırsınlar. Ola bilsin ki, yaxın bir neçə saat ərzində çox gec olacaq”, - Abdullahian deyib.