Netanyahu 7 gündə 5-ci dəfə Baydenlə DANIŞDI
    • 15-10-2023, 02:10
    • 301

Netanyahu 7 gündə 5-ci dəfə Baydenlə DANIŞDI

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.

News.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Netanyahu ABŞ-ın dərin dəstəyinə, eləcə də ABŞ Dövlət katibi Entoni Blinkenin və Pentaqonun rəhbəri Lloyd Ostinin son günlərdəki səfərlərinə görə təşəkkür edib.

Qeyd edək ki, Netanyahu bir həftə əvvəl Qəzzada HƏMAS ilə müharibənin başlamasından bəri 5-ci dəfədir ki, Baydenlə telefon danışığı aparıb.