Mossad dəstəklədi: "Əl-Cəzirə"nin İsraildəki bürosu BAĞLANA BİLƏR
    • 16-10-2023, 11:04
    • 265

Mossad dəstəklədi: "Əl-Cəzirə"nin İsraildəki bürosu BAĞLANA BİLƏR

İsrailin Kəşfiyyat və xüsusi tapşırıqlar idarəsi (Mossad) rabitə naziri Şlomo Karyanın ölkədəki  “Əl-Cəzirə” telekanalının bürosunu bağlamaq təklifini dəstəkləyir.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 15-də hərbçilər üçün riski səbəbindən rabitə naziri tərəfindən irəli sürülən kanalın bürosunun bağlanması təşəbbüsü artıq Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən dəstəklənib.

Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi daha əvvəl əks fikirdə idi.

Bildirilir ki, İsrail Baş Təhlükəsizlik Xidməti isə daha təmkinli mövqe tutur, lakin kanalın bürosunun bağlanmasına etiraz etmir.