-
- 16-10-2023, 15:32
- 514
Qətlə yetirilən 14 yaşlı qızın daha iki qohumu SAXLANILDI - FOTO
14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə ittiham edilən 28 yaşlı Alim Sadiqovun əmisi və əmisi oğlu barədə həbs-qətimkan tədbiri seçilib.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb.
Bildirilir ki, sözügedən şəxslər cinayət hadisəsi barədə polisə məlumat verməməkdə ittiham edilirlər və onlar təqsirlərini etiraf ediblər.
Ata və oğul barədə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ilədək həbsi nəzərdə tutan 376-cı maddəsi əsasında başladılıb.
Məlumat üçün bildirək ki, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 28 yaşlı Alim Sadiqov, Dmanisidə anası ilə birgə yaşayan 14 yaşlı Aytac Şahmarovanı 2 ay əvvəl evlənmək məqsədi ilə qaçırıb. Bildirilir ki, cütlük 2 ay qeyri-rəsmi nikahda olub. Yetkinlik yaşına çatmamış qız evliliyin əleyhinə olduğu üçün, bu müddət ərzində bir neçə dəfə evdən qaçmağa cəhd edib. Sonuncu dəfə Aytac Şahmarova evdən qaçmaq istəyən zaman A. Sadiqov onu odlu silahdan 3 dəfə atəş açaraq vurub, yeniyetmə aldığı güllə yarasından yerindəcə keçinib.
Cinayət baş verdikdən bir neçə gün sonra, polis Alim Sadiqovu həbs edib. Onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Bundan əlavə, Aytac Şahmarovanın anası və dayısı barədə də həbs-qətimkan tədbiri seçilib. Onlar evliliyə məcbur etmə və cinayət barədə polisə xəbər verməməkdə ittiham edilirlər.