İki futbolçu Azərbaycan millisindən uzaqlaşdırıldı
    • 16-10-2023, 17:55
    • 424

İki futbolçu Azərbaycan millisindən uzaqlaşdırıldı

Azərbaycan millisinin iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Avstriya ilə evdə keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.

News24.az Sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi Türkiyənin "Tuzlaspor" klubundan müdafiəçi Bəxtiyar Həsənalızadə və “Səbail”dən Yusif Nəbiyevə ehtiyac duymayıb.

Adı çəkilən futbolçular qarşılaşmanı tribunadan izləməli olacaqlar.