Arda Güler meydanlara QAYIDIR
    • 16-10-2023, 18:45
    • 475

Arda Güler meydanlara QAYIDIR

“Real Madrid”in futbolçusu Arda Güler meydanlara qayıdır.

News24.az xəbər verir ki, bununla bağlı baş məşqçi Karlo Ançelotti məlumat verib. O bildirib ki, Güler oyuna həkim heyətinin nəzarəti altında buraxılacaq.

K. Ançelotti qeyd edib ki, futbolçu risk olmadığı təqdirdə “Sevilya” ilə matçda oynayacaq.

Məlumata görə, Arda Güler "Real Madrid"-“Sevilya” matçında meydana çıxmasa, Çempionlar Liqasında “Braqa” ilə oyunda heyətdə yer alacaq.